Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında telefon danışığı olub. SİA-nın Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, S. Lavrovun təşəbbüsü ilə baş tutan söhbətdə nazirlər ikitərəfli münasibətlərin bəzi aktual məsələlərini, habelə regional problemləri müzakirə edib.
S. Lavrov E. Məmmədyarovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. E. Məmmədyarov dəvəti müsbət cavablandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB