Fransa XİN: “Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflərə əlavə təkliflər veriləcək\"
"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistana əlavə təkliflər veriləcək". SİA-nın xəbərinə görə, bunu "Exo Moskvı" radiosuna müsahibəsində Fransanın xarici işlər naziri Alen Jüpe deyib: "Rusiya prezidentinin səylərini alqışlayırıq. O, həm Soçi, həm də Kazanda bu məsələ ilə bağlı çox səy göstərdi. Lakin təəssüf ki, bu cəhdlər heç bir nəticə vermədi. Buna baxmayaraq, mənim bildiyimə görə, hansısa şəkildə razılıq əldə etmək üçün əlavə təkliflər irəli sürüləcək".
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan iyunun 24-də Kazanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB