26 İyun - Silahlı Qüvvələr günü münasibətilə paytaxt Bakıda hərbi parad baş tutub. SİA-nın xəbərinə görə, paytaxtın "Azadlıq" meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Paradı dövlət və hökumət rəsmiləri, qonaqlar, diplomatik korpusun təmsilçiləri, müharibə veteranları, istefada olan yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri də izləyiblər.
Paradda 6 min şəxsi heyət, 400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə, çoxlu sayda helikopter, hərbi gəmilər iştirak edib.
Öncə tribunanın önündən Azərbaycanın dövlət bayrağı və Silahlı Qüvvələrin - Azərbaycan Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin döyüş bayraqları keçirilib.
Bayraqların ardınca, hər birində 80 nəfər olmaqla, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin kursantları, Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələrini, Silahlı Qüvvələrin 5 ordu korpusunun hərbçiləri keçid edib.
Sonra xüsusi təqdimatla Azərbaycan Sülhməramlıları, Milli Qvardiya, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları, Dövlət Sərhəd Xidməti və bu qurumun xüsusi təyinatlıları, Daxili İşlər Nazirliyi Daxili Qoşunların və Hərbi Dəniz Qüvvələrinin qara geyimli dəniz piyadaları keçiblər.
Eyni zamanda paradda müxtəlif nəqliyyat vasitələrinə qoşulmuş haubitsalar, reaktiv yaylım atəş sistemləri, həmçinin üzərində Azərbaycan istehsalı olan pilotsuz təyyarələri və onların mobil komanda-idarəetmə aparatları, Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) arsenalında olan zenit-raket kompleksləridir. Tribunanın önündən S-125 "Peçora", S-200, həmçinin ilk dəfə olaraq S-300 PMU2 "Favorit" kompleksləri, onun idarəetmə maşınları, artilleriyanın- BM-21 "Qrad", İsrail istehsalı olan "Lynx LAR", "Lynx Extra", Ukraynadan alınmış "Toçka-U" taktiki raketləri, "Smerch" reaktiv yaylım atəş sistemləri, modernləşdirilmiş BTR, BRDM transportyorları keçib.
Daha sonar parada Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "Matador" və "Marauder" tipli minaya qarşı qorumalı transportyorları, BMP markalı piyadaların döyüş maşınları, özüyeriyən haubitsalar və "T-72" tankları yekun vurub.
Paradın sonunda Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25 markalı təyyarələri, Mi-8, modernləşdirilmiş olunmuş Mi-24, yeni alınmış Mi-35 helikopterləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Mi-171 və Ka-32 markalı helikopterləri "Azadlıq" meydanının üzərindən uçub.
Azərbaycan Hərbi Hava Qüvvələrininə Bakı buxtasında 16 gəmidən ibarət hərbi gəmilər dəstək verib. Flaqmanı HDQ-nin tral, artilleriya və desant gəmiləri, həmçinin DSX Sahil Mühafizəsinin "Stenka" tipli hərbi gəmiləri və Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi müşayiət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB