Dövlət başçısı İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti İvo Yosipoviçi təbrik edib. SİA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: \"Hörmətli cənab Prezident, Xorvatiya Respublikasının milli bayramı - Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi arzulayıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə