Türkiyə səfirliyi: \"İxrac sənədlərində malın göndərilmə yeri Ermənistan göstərildikdə Türkiyə bu malların ixracatına icazə vermir\"

Türkiyə səfirliyi: \"İxrac sənədlərində malın göndərilmə yeri Ermənistan göstərildikdə Türkiyə bu malların ixracatına icazə vermir\"
Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə şirkətinin Xankəndindəki hava limanının inşaatı üçün ermənilərə tikinti materialları və texniki avadanlıq satdığı barədə yayılan xəbərlərlə bağlı açıqlama yayıb.

SİA-nın xəbərinə görə, səfirliyin açıqlamasında bildirilir ki, mətbuatda Xankəndi şəhərindəki hava limanının inşaatında istifadə olunmaq üçün Türkiyədə fəaliyyət göstərən "Demirci" Makina Sənaye Limited Şirkətinin tikinti materialları və avadanlıq ixrac etdiyinə dair iddialar yer alıb. Türkiyə Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün bu bölgəyə gedəcək mallar Azərbaycan gömrüklərinə yönləndirilir. Bundan başqa, ixrac sənədlərində malın göndərilmə yeri olaraq Ermənistan göstərildikdə Türkiyə bu malların ixracatına icazə vermir. Mətbuatda yer alan xəbərlərlə əlaqədar Türkiyənin müvafiq strukturları tərəfindən "Demirci" şirkətinin 2009-2011-ci illərdə həyata keçirdiyi ixracatla bağlı araşdırma aparılıb və sözügedən satış əməliyyatının gerçəkləşmədiyi müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə