Dövlət Yol Polis İdarəsi avtomobillərin yoxlanılması məsələsinə aydınlıq gətirib
"Şəhərə daxil olan avtomobillərin polis əməkdaşları tərəfindən yoxlanılması təhlükəsizlik tədbirləri ilə bağlı ola bilər". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib: "Bütün hallarda vətəndaşlardan xahiş edirik ki, polis əməkdaşlarının işinə maneə yaratmasınlar".
Qeyd edək ki, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü münasibəti ilə Bakıda keçiriləcək hərbi nümayişlərlə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektləri iyunun 23-dən bağlanılıb. Eyni zamanda bununla əlaqədar olaraq bəzi yerlərdə, o cümlədən Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər istiqamətinə olan yolda tıxac yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB