Qildford lordu: “İngiltərə parlamentində “erməni soyqırımı” nın müzakirəsi Dağlıq Qarabağ probleminin həllini gərginləşdirəcək”

Qildford lordu: “İngiltərə parlamentində “erməni soyqırımı” nın müzakirəsi Dağlıq Qarabağ probleminin həllini gərginləşdirəcək”

İngiltərə parlamenti Lordlar kamerası qondarma "erməni soyqırımı" nı müzakirəyə çıxarıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan dostluq qrupunun sədr müavini Baronessa Şrela Flater hökumətin "soyqırımını" tanımaq üçün hansı tarixi təklif etdiyinə dair parlamentə sorğu verib.

Lakin bu sorğu birmənalı qarşılanmayıb. Belə ki, Qildford lordu Deyvid Hayell (David Arthur Russell Howell, Baron Howell of Guildford) bunun iki ölkə arasında gərginliyi çoxaltmağa xidmət edəcəyini deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həlli üçün ümidverici irəliləyişlərin əldə edildiyi zaman belə bir addım lazımsızdır: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun səyləri gələcək üçün ümid verdiyi bir vaxtda Baronessa Flaterin təkliflərini qəbul etmək sadəcə gərginliyi çoxaldacaq".

O, qeyd edib ki, 1915-ci ildə yüzminlərlə erməni bəzi silahlı insidentlər, aclıq və xəstəliklər səbəbilə ölüb: "Hər iki ölkə qarşılıqlı dialoq yoluyla addımlar atsa doğru olar. Çünki hazırda Türkiyə bu istiqamətdə səyləri davam etdirir. Ermənistanda da keçmişi unutmamaqla yanaşı, doğru yolun qarşılıqlı dialoq olacağını qəbul edən bir çox insan var".

Bütün xəbərlər Facebook səhifəmizdə