Millət vəkili: “Kazan görüşü əvvəlkilərdən müəyyən qədər konkretliyi, konstruktivliyi ilə fərqlənəcək”

Millət vəkili: “Kazan görüşü əvvəlkilərdən müəyyən qədər konkretliyi, konstruktivliyi ilə fərqlənəcək”

Kazan görüşündə də danışıqlar ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində gedə bilər. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə məlumat verib. O bildirib ki, Azərbaycan danışıqlar naminə danışıqlara getməyəcək. Millət vəkili vurğulayıb ki, məsələlər müzakirə edilməli, inkişaf görülməli, tərəflərin mövqeyi ortada olmaldır. Əgər Rusiya prezidentinin rəhbərliyi ilə 7-8-ci dəfə görüş keçirilirsə, deməli burada hansısa bir konstruktiv elementlərin olduğunu deyən A.Mirzəzadənin sözlərinə görə, Kazan görüşü ərəfəsində mətbuatda müxtəlif şərhlər, açıqlamalar göstərir ki, bu, əvvəlkilərdən müəyyən qədər konkretliyi, konstruktivliyi ilə fərqlənəcək.

"Bizim torpaqlar işğal olunub, 1 milyondan çox qaçqınımız var, təcavüzə məruz qalmışıq. Bu baxımdan Azərbaycan özünün güzəşt limitindən artıq təmamilə istifadə edir. Bu sözləri təəssüf ki, Ermənistan haqqında demək olmur. Ermənistana qalsa, o yüz illərlə bu prosesi olduğu kimi saxlayar. Həmin işğal olunmuş torpaqlarda heç nəyi istifadə etmək mümkün olmadığı halda özünün ideyalarını həyata keçirmək istəyini ortaya qoya bilər. Amma bu gün Ermənistandan yerli əhali köçüb gedib, ölkə inkişafdan kənarda qalıb, Azərbaycan kimi potensial tərəfdaşdan məhrum olub. İstər-istəməz Ermənistan bu reallıqlardan təəssüflənir. Mümkündür ki, problemin əsas müzakirəsi nəticəsində sənəd imzalansın. Bu olarsa, Dağlıq Qarabağ probleminin həllində tamamilə yeni bir hadisə olacaq. Beləliklə gözləməyə dəyər və Azərbaycan buna hazırdır. Ona görə də Kazanda baş tutacaq görüşü gözləyək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə