Miroslav Layçak: “Dağlıq Qarabağ münaqişəsi həm də Avropa İttifaqının problemidir”

Miroslav Layçak: “Dağlıq Qarabağ münaqişəsi həm də Avropa İttifaqının problemidir”

\"Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının birbaşa cəlb olunmadığı yeganə münaqişədir". SİA-nın xəbərinə görə, bunu Aİ-nin Avropa Xarici İşlər Xidmətinin Rusiya, Şərq Qonşuluğu və Qərbi Balkan məsələləri üzrə direktoru Miroslav Layçek Avropa Parlamentinin Xarici əlaqələr komitəsində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələrdə etdiyi çıxışı zamanı deyib Onun sözlərinə görə, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinə yardım etməyə hazırdır: "Münaqişə ancaq sülh yolu ilə həll edilməlidir, Aİ isə öz növbəsində münaqişədən sonrakı ərazilərin reabilitasiyası, iki ölkə arasında inamın yaradılmasına və təminatına kömək edəcək. Dağlıq Qarabağ münaqişəsi həm də Avropa İttifaqının problemidir".

Avropalı diplomat bildirib ki, Aİ-nın münaqişələrin həll edilməsində böyük təcrübəsi var: "Mənim fikrimcə, buna görə də ATƏT-in Minsk qrupuna köməyimiz dəyərli olar".

Daha sonra çıxış edən Aİ-nin Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Piter Semnebi "Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə beynəlxalq hüquqlar və prinsiplər əsasında həll olunmalıdır və qurumun Cənubi Qafqaz üzrə yeni xüsusi təmsilçisinin sentyabrın əvvələrində təyin edilməsi Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində kömək edəcək"-deyə söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə