Qabil Hüseynli: “Ermənistan tərəfinə ciddi təzyiqlər göstərilməsi və onun danışıqlar prosesində kompromis nümayiş etdirməyə vadar edilməsi arzu ediləndir”-AÇIQLAMA
"Dovil sənədi bir qədər konkret deyil və ümumi xarakter daşıyır. Bununla hər 3 dövlət problemlərin ümumi mənzərəsinə müdaxilə etmirlər. Amma tərəfləri mövcud status-kvonu dəyişdirməyə və sülh prosesini sürətləndirməyə çağırırlar". Bu barədə SİA-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, ATƏT-in Minsk qrupu həmsədri ölkələrinin prezidentlərinin Ermənistan tərəfinə ciddi təzyiqlər göstərməsi və onun danışıqlar prosesində kompromis nümayiş etdirməyə vadar edilməsi arzu ediləndir. Onun sözlərinə görə, hər 3 həmsədr ölkə eyni zamanda, prosesin belə qalmasını da istəmədiklərini və mütləq irəlilələmələrin olmasını vacib hesab ediblər.
"Görünür ki, bu sənəd ictimaiyyət üçün verilmiş bəyanatdır. Amma diplomatik kanallarla başqa söhbətlər aparılır, təzyiq, Ermənistanın daha konstruktiv olmağa cəlb edilməsi və sairə proseslər həyata keçirilir. Əsas diqqəti çəkən odur ki, Fransa və Rusiya prosesdə fəal iştirak edirlər. Amerika demək olar ki, son 3 ildə prosesi Rusiyanın ixtiyarına buraxmışdı. Fransa isə radikal bir mövqe nümayiş etdirirdi. Amma indi hər 3 dövlət birgə çıxış etdikləri görüntüsünü yaradır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB