Aydın Hüseynov: “Azərbaycanın iqtisadi inkişaf modeli dünyada qəbul oluna bilən modeldir” – DEBAT (SesTV)
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı, Azərbaycan Demokrat Patiyasının sədr müavini Rəşid Mansurov, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Mənsim Həsənovun SƏS TV-də keçirilən debatda çıxışı
- Mitinqlər uğursuzluqla nəticələnəndən sonra müxalifətin müəyyən təkliflər paketini hökumətə təqdim etməsi nə qədər uğurlu sayıla bilər?
Fuad Qəhrəmanlı:
- İlk öncə bildirim ki, mitinqlər uğursuzluqla yekunlaşmadı. Sadəcə olaraq sərbəst toplaşmaq haqqında qanunun tələbləri pozulub, faktiki olaraq sərbəst toplaşmağa qadağa qoyub. Bu üzdən də ölkədə kütləvi aksiyalar keçirmək mümkün deyil. Ancaq biz müxalifət, İctimai Palata olaraq bu əsassız qadağalarla razılaşmamışıq. İctimai Palata bu günə kimi artıq 2 mitinq keçirib. Bu mitinqlərə razılıq verilməsə də beynəlxalq səviyyədə rezonans yaratdı. Razılıq verilən aksiyalarda daha böyük kütlələr iştirak edir və böyük izdihamlı olur. Əks təqdirdə belə aksiyalar digərlərindən fərqlənəcək. Hesab edirəm ki, iki aksiya üçün bütün bunlar uğurlu nəticələrdir. Biz hər zaman proseslərin ölkədə qarşıdurma müstəvisində deyil, dinc, sivil mərhələdə həll olunmasının, dialoq mühitinin olmasının tərəfdarıyıq. Bununla bağlı İctimai Palata yol xəritəsini müzakirəyə təqdim edib. Burada islahatların keçirilməsinin konkret olaraq mexanizmləri, hakimiyyətlə aparılacaq müzakirələrin fermentləri ifadə olunub. Bu ölkə bizimdir və dil tapıb dəyişikliklər etməyə nail olmalıyıq. Bunu da həll emtək üçün qarşıdurmanın tərəfdarı deyilik. Biz bu problemlərin həllini ölkədə hakimiyyətlə müxalifət arasındakı dialoqda görürük. Bununla bağlı da müxalifətin təqdim etdiyi yol xəritəsində konkret olaraq problemlərin həll olunması ilə bağlı konkret tapşırıqlar verilib. İstərdik ki, həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyətin tələblərini nəzərə alaraq müxalifətə qarşı düşmən münasibət bir kənara qoyulsun, bu cəmiyyətin maraqlarının təmsil etməsi nəzərə alınsın və bu istiqmaətdə müəyyən müzakirələr başlasın. Biz bu məsələlərdə dialoq tərəfdarıyıq və istəyirik ki, hakimiyyətdə bu məsələlərlə bağlı öz mövqeyini ifadə etsin.
- Siyasi fəaliyyətləri dövründə Dağlıq Qarabağla bağlı hər hansı bir konsepsiya irəli sürə bilməyən müxalifətin sosial məsələrlə bağlı təkliflər paketi ilə çıxış etməsi partiya sədlrərinə nə dərəcədə başucalığı gətirə bilər?
Aydın Hüseynov:
- Artıq cəmiyyət, insanlar gördüyünə, fakta inanır və ətrafda müşahidə etdiklərini qəbul edir. Xalq Cəbhəsi Partiyası 1992 və 1993-cu ilin iyun ayına qədər hakimiyyətdə oldu. Onlar bu müddət ərzində nə etdi ki, bundan sonra da nə edə biləcək? Artıq insanlar onların nəyə qadir olduqlarını, sosial məsələlərlə bağlı hansı təcrübəsi, iş prinsipi olduğunu görmüşük. Onların hakimiyyət dövrünün statistik göstəriciləri var. Yəni, bu uzaq bir tarix deyil. Bütün bunlar bizim gözümüzn qarşısında baş verən hadisələrdir. Hər bir insan da o dövrün canlı şahidləridir.
Azərbaycan rəhbəri başda olmaqla hökumətin həm sosial, həm iqtisadi, həm də siyasi, bir sözlə, bütün sahələr üzrə kompleks tədbirlər həyata keçirilir. Müqayisə üçün deyək ki, Xalq Cəbhəsi hakimiyyətdə olanda Azərbaycanın valyuta ehtiyatları sıfıra bərabər idi. Azərbaycanın dövlət büdcəsində vəsait qalmamış, sovet dövründən yığılan resurlar belə qurtarmışdı. İndi isə Azərbaycanın dövlət büdcəsi 20 milyard dollardır. Bakı və paytaxtətrafı ərazilərin abadlaşdırılması, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2 dövlət proqramı qəbul edilib. I dövlət proqramı çox uğurla həyata keçirilib, II dövlət proqramının nəticələri isə hər 6 aydan bir müzakirə olunur, qarşıya qoyulan məsələlərin hansı tərzdə həll olunması açıqlanır. Eyni zamanda, sosial sahədə pensiyaların, tələbələrin təqaüdlərinin, əmək haqlaırnının artırılması ilə bağlı bütün tədbirlər həyata keçirilir. İqtisadiyyat elə bir sahədir ki, onun laboratoriyası yoxdur. Burada atılan hər bir addım düşünülmıüş şəkildə atılmalıdır. Bu düzgün atılmış addımlar nəticəsində son dövrlər Azərbaycanın iqtisadi inkişaf modeli dünyada qəbul oluna bilən modeldir. Müxalifət bunu qəbul etməsə də bu faktdır və belədir.
Digər tərəfdən bu vaxta kimi müxalifətin ortaya qoyduğu heç bir inandırıcı bir şey olmadığı kimi bu gün də inandırıcı bir şey ola bilməz.
- Son dövrlər ərəb ölkələrində məlum vətəndaş qaşıdurmalarından sonra Azərbaycan müxalifətinin fəallaşması burada maraqlı nüanslarının olmasını üzə çıxarmırmı?
Rəşid Mansurov:
- Əslində dünya bir evdir və onun hər bir nöqtəsində baş verən zorakılığın qarşısında dura biləcək qüvvələr yaranır. Yəni, dünya inkişaf etdikcə, insan öz fəaliyyətini qurduqca bu və ya digər fomada öz hüquqları uğrunda mübarizəyə qatılır. Bu ardıcıl şəkildə olur və nəticədə də müəyyən prosesə çevrilir. Bunu bilavasitə ərəb dalğasının Azərbaycanda da bəzilərinin qələmə verdiyi kimi effekt yaratdığını təmamilə demək olmaz. Burada səbəb ərəb dalğasında deyil. Səbəb qeyri-qanuni və insanların bilavasitə hüquqlarının tapdalanması ilə bağlı məsələlərdir. Yanşma belə olmaldır. Əgər dünyanın hər hansı bir yerində insan hüquqları tapdalanırsa, bunu da ərəb dalğası adlandırıqsa, bu baş verəcək.
İnsan faktoru belədir ki, daha çox dinc yaşamağa meyllidir. Müasir dünyanın insanı isə dinc yaşamanın, zorakılığın əleyhinədir. Dünya xəritəsinə baxdıqda bundan sonra müharibələrin, qana, toqquşmaya aparan münaqişələrin bilavasitə söndüyünü görə biləcəyik. İnsanlar daha firavan və dinc yaşamaq istəyirlər. Bu halda zorakılıq meydana gəlirsə, bu da insanları qorxudur, çaşdırır, müəyyən mərhələyə gətirir, bundan sonra isə daha çox aqressiv gücə çevrilə bilər. Ona görə də qeyd edirəm ki, insanlara qarşı münasibət dəyişməli, struktur, iqtisadi islahatları getməlidir. Vacib deyil ki, hakimiyyət dəyişsin. Vacib olan odur ki, normal insani münasibətlər qurulsun. İnsanlar özlərini əsl vətəndaş kimi hiss etsin. Mən düşünürəm ki, bu gün insanlar gələcəyinə inana biləcək bir həyat qura bilmir.
Əgər bu gün Azərbaycanda 10, 100 vətəndaş etiraz edirsə, demək ki, onun bunun üçün nəsə səbəbi var. Bunları araşdırmaq lazımdır və heç bir xarici etiraz dalğası ilə eyniləşdirmək olmaz. Azərbaycanda vətəndaşın sözünü deməsi üçün hər hansı bir meydan yoxdur. Ölkədə qanundan kənar müəyyən olunan bir sıra qaydalar var. Ancaq tarixdə baş verən hadisələr də onu göstərir ki, nə qədər çox zorakılıq edəcəksənsə, bir o qədər də müəyyən dövrdən sonra zorakı qüvvə ilə qarşılaşacaqsan. Bunun başqa alternativi yoxdur, biz bu prosesi tamam dayandırmalıyıq. Lazımdırsa bu iqtidar-müxalifət arasında bir dialoq çərçivəsində olmalı və yaxud iqtidar bunu öz iradəsi çərçivəsində həll edə bilər. Cəmiyyət özü-özlüyündə inkişafı davam etməlidir. Yoxsa, kənara atıb onun inkişaf etməsini istəyiriksə, bu mümkün olmayacaq.
- Nəyə görə, hər zaman İctimai Palatada təmsil olunan partiyalar barədə tənqidi fikirlər səsləndiriləndə onların ruporu olan mətbu orqanlarda ittihamlara və təhqirlərə yol verilir?
Mənsim Həsənov:
- Biz Azərbaycanda baş verən hadisələrə əvvəlcədən öz fikirlərimizi, təhriflərimizi veririk. Azərbaycan bizim evimizdir, onun iqtisadi inkişafı danılmazdır. Ancaq Azərbaycada bu gün korrupsiya, monopoliya kimi "xərçəng xəstəliyi" var və bunlar danılmazdır. Mən bir kompromis müxalifət nümayəndəsi kimi deyirəm ki, cəmiyyətin, xüsusən də gənclərin inkişafı ilə Xalq Cəbhəsi razılaşmır. Köhnə nostalji hislərdən ərköyünsayağı hərəkətlər edir. Bizim cəmiyyətlərə bu xeyir gətirə bilməz. Təbii ki, biz də dialoq tərəfdarıyıq. Bakının, regionların inkişafı göz qabağındadır və təbii ki, inkişaf olan yerdə nöqsanlar da olmalıdır. Azərbaycanın ən birinci problemi Qarabağ münaqişəsidir və bu ilk növbədə həll edilməlidir. Biz də bu barədə təkliflərimizi müvafiq struturlar, hakimiyyət qarşsında qaldırmışıq. Bunun üçün ən birinci orduda ciddi islahatlar aparılmalıdır. Ondan sonra ev bütöv formada bizimdir və müəyyən məsələlərin həllində müzakirələri dinləyib yəqin ki, kompromisə gələ bilərik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB