Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB - FOTOLAR
Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.
SİA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.
-Hörmətli Sərdar Qurbanquliyeviç.
Hörmətli həmkarlar.
Əvvəlcə, hörmətli Türkmənistan Prezidentinə ənənəvi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm.
Hörmətli Şavkat Miromonoviç Mirziyoyevə Özbəkistanın 2027-ci ildə sədrliyi dövründə böyük uğurlar arzulayıram.
Türkmənistana hər səfər ən dərin təəssüratlar yaradır. Ölkənin necə dinamik inkişaf etdiyi görünür, qardaş Türkmənistan xalqının uğurları bizdə səmimi sevinc hissləri doğurur. Azərbaycan ilə Türkmənistan arasında münasibətlər çoxəsrlik dostluq, qardaşlıq əlaqələrinə əsaslanır və strateji tərəfdaşlıq xarakteri daşıyır.
Ölkələrimiz arasında ən yüksək səviyyədə təmasların intensiv xarakterini məmnunluqla qeyd edirik.
2025-ci ilin avqustunda Türkmənistana səfər etdim, keçən il Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov iki dəfə Azərbaycana səfər etdi və bu ilin iyununda isə Türkmənistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdiməhəmmədov ölkəmizə dövlət səfərinə gəldi. Bu təmaslar ikitərəfli münasibətlərə əlavə təkan verdi və bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdı.
Bu il Müstəqil Dövlətlər Birliyi özünün 35 illiyini qeyd edir. Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib.
Humanitar sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir. Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə MDB dövlət başçılarına minnətdarlığımı bildirmək istəyirəm. Ötən il Laçında keçirilən genişmiqyaslı tədbirlər qonaqlarımıza bu bölgənin zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan verdi. Qonaqlarımız onun sürətli dirçəlişinin, həmçinin aparılan bərpa işlərinin miqyasının əyani şahidi ola bildilər.
Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi. Yarışların coğrafiyası ölkəmizin yeddi şəhərini əhatə etdi. MDB üzv dövlətlərindən, həmçinin dünyanın digər ölkələrindən minlərlə idmançı və qonaq Azərbaycanda olduqları 11 gün ərzində ölkəmizi və xalqımızı yaxşı tanıdılar. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır.
Əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturunu praktik olaraq sıfırdan qurub. Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi öz mövqeyini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir.
2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb marşrutu və Şimal-Cənub marşrutu üzrə Azərbaycandan keçən yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır.
Hörmətli həmkarlar, Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istərdim. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır.
Diqqətinizə görə təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Naxçıvan üzrə noyabr ayının pensiyaları ödənilib
Sosial 15:08Ölkə üzrə əməkhaqqı fondu 8,5 faiz yüksəlib
İqtisadiyyat 13:256 Noyabr – Metropoliten İşçilərinin Peşə Bayramı Günüdür
Maraqlı 13:12AFFA 8 komandaya texniki məğlubiyyət verib
İdman 12:42Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
İqtisadiyyat 12:37Azərbaycan Teleradiosu - 100
MEDİA 12:36Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir - Nazir müavini
İqtisadiyyat 12:28Sabah yağış yağacaq, şimşək çaxacaq
Sosial 12:25FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
Hadisə 11:19Bakıda BMT sammiti çərçivəsində ikitərəfli görüşlər olub
Siyasət 11:15Uşaqlarda ekran asılılığı və onun fəsadları
Səhiyyə 11:14Şuşa – Şanlı Zəfərimizin rəmzi - MƏQALƏ
Siyasət 10:37Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 10:14Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə 09:31Mingəçevirdə 21 yaşlı oğlan qonşusunu BIÇAQLAYIB
Hadisə 03:24Bakının bəzi ərazilərində işıq olmayacaq-XƏBƏRDARLIQ
Sosial 03:05Azərbaycan səfiri Binəli Yıldırım ilə görüşüb
Siyasət 01:22Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Sosial 00:23Mətbuat Şurasında sədr müavinləri seçilib
Sosial 00:03Gürcüstanda qanlı insident- azərbaycanlı qardaşlar öldürüldü - TƏCİLİ
Hadisə 5 Noyabr 23:22Polşada Moskvaya cəsusluq edən 6 nəfər yaxalanıb
Dünya 5 Noyabr 23:03Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9037
-0,58%
-
GBP
2,2834
-0,44%
-
RUB
2,0840
+0,28%



