Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsinin surətini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Pyer Kartuvelsə təqdim edib. SİA-nın məlumatına görə bu barədə M. Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.
SİTAT: "Bu gün mən Etimadnaməmin surətini Belçika Krallığının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi, səfir Pyer Kartuvelsə təqdim etdim. Səmimi qəbula və məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Azərbaycan və Belçika arasında əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm", - paylaşımda bildirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB