Fransa və Belçika "kölə"liyi təbliğ edir - TƏHLİL

Fransa və Belçika "kölə"liyi təbliğ edir - TƏHLİL

Niderland, Fransa, Belçika və digər işğalçı dövlətlər bəzi xalqları əsarətdə saxlamaqla beynəlxalq aləmi təhdid edirlər

Müasir dövr üçün "qul", "girov", "kölə" sözləri qəbuledilməzdir. Belə sözlər eşidəndə insanın canına üşütmə düşür, damarında qanı donur. Bəli, qul və quldarlıq dövrü olub, müharibələr zamanı əsir götürülərək satışa çıxarılan insanlar da olub. Hər kəsə məlumdur ki, qul və quldarlıq dövrü IV–III minilliklərdə Mesopotamiya və Misirdə yaranıb. Qullardan daha çox ev təsərrüfatında və məişətdə istifadə edilib. Quldarın qul üzərində tam ağalığı mövcud olub. Ev, torpaq və digər əmlakları kimi qullar da quldarların mülkiyyətləri hesab olunub. Tarixi sənədlərə görə, qullar quldarların danışan əmək alətləri sayılıb. Quldar mülkiyyəti olan qulu döymək, təhqir etmək, hətta öldürmək hüquqi olub. Eynilə köləlikdə qullar kimi heç bir hüquqları və azadlıqları olmayan kəsim olub. Köləliyi isə Avropanın qəsbkar dövlətləri yaradıb. Səlib yürüşləri dövründə köləlik daha geniş xarakter daşıyıb. Hətta azğınlaşmı Avropa cəlladları öz həmvətənlərindən olan uşaqları köləyə çevirərək satmaqdan çəkinməmişlər. Misal olaraq, 1212-ci ildə Fransadan və Almaniyadan dünyanı fəth etmək xülyası ilə yola çıxan uşaqlardan ibarət səlib yürüşünün 100 minə yaxın iştirakçısının az sonra öz ağaları tərəfindən köləyə çevrilərək Əlcəzairdə, Misirdə və İskəndəriyyədə satılmasını göstərmək olar. Hətta məlumatlara görə, uşaqların satışından Kral Filipp 2-ci Avqust da böyük qazanc əldə edib. 15-ci əsrin əvvəllərindən İngiltərə, Fransa, Almaniya, ABŞ, Danimarka, İspaniya köləlikdən böyük qazanc əldə etmək üçün geniş şəbəkə qurdular. Nəhayət, köləliyin ləğv edilməsi istiqamətində addımlar atılmağa başlanıldı. Lakin bugünkü proseslərin vəziyyəti onu deməyə əsas verir ki, hələ də dünyanın bəzi ərazilərində köləlik, hətta qulların mövcudluğu qalmaqdadır. BMT-nin rəsmi strukturlarının açıqlamalarına görə, 210 milyona yaxın insan hələ də kölə olaraq "yaşayır"lar. Daha çox kölələr Hindistan, Çin, ABŞ, Fransa, İngiltərə, Belçika, Niderland, Almaniya, Rusiya, Nigeriya, Konqo, İndoneziya, Myanma, Tehran rejimi, Misir və Sudanda mövcuddur. Xüsusilə də, Belçika, Fransa, Niderland kimi işğalçı rejimlər daha çox köləliyi təbliğ edir və bu istiqamətdə iyrənc siyasət aparırlar. Sözügedən dövlətlərin min illər öncə mövcud olmuş quruluşu müasir texnologiyaların inkişaf etdiyi bugünkü zamanda davam etdirmələr ikrah doğurur. Tərəqqipərvər xalqlar və beynəlxalq təşkilatlar isə susurlar. Yalnız Azərbaycan dövləti müstəmləkə siyasətindən əziyyət çəkən xalqlara yardımçı olur. Bununla bağlı Bakı Təşəbbüs Qrupu yaradılıb. Avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfrans keçirilib. Beynəlxalq konfransda Belçikanın keçmiş müstəmləkələri olan, eləcə də bu ölkələrdə neokolonial təsirlərin davam etdiyi Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, həmçinin Mərakeş və Cənubi Afrika Respublikasından nümayəndələr iştirak edirlər.Tədbirə, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri qatılıblar. Konfransda iştirak edən rəsmi şəxslər arasında Konqo Demokratik Respublikasının ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları yer alıb. Beynəlxalq tədbirdə beynəlxalq hüquq, tarixi ədalətin bərpası və reparasiya məsələləri üzrə ekspertlər, tədqiqatçılar, hüquq müdafiəçiləri və digər mütəxəssislər də iştirak edirlər. Konfrans çərçivəsində Belçika müstəmləkəçiliyinin tarixi, onun keçmiş müstəmləkələrdə yaratdığı siyasi, sosial və iqtisadi nəticələr, müstəmləkəçilik siyasətinin doğurduğu ədalətsizliklər, tarixi həqiqətlərin araşdırılması və zərərçəkmiş xalqların təzminat tələbləri ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur. Tədbirdə, həmçinin müstəmləkəçilik irsinin müasir dövrdəki təsirləri, neokolonializm, beynəlxalq hüquq çərçivəsində tarixi ədalətin təmin olunması və reparasiya mexanizmlərinin tətbiqi istiqamətində mümkün addımlar ətrafında fikir mübadiləsi aparılır.

Yeni Kaledoniya əhalisi müstəqillik mübarizələrini davam etdirirlər

Hesablamalara görə, Fransa, Belçika və Niderlandın işğal etdikləri ərazilrdə əhalinin 54 faizi köləlikdən əziyyət çəkir. Niderlandın müstəmləkə əsarətində olan Boneyra, Aruba, Saba və Sen-Martin kimi Karib ərazilərində yaşayan yerli xalqlar uzun illərdir müstəmləkə idarəçiliyindən əziyyət çəkirlər. Onların fundamental azadlıqlar əllərindən alınır, siyasi, iqtisadi və sosial hüquqlardan tamamilə məhrum olunublar.

Fransa Polineziyası, Yeni Kaledoniya Fransanın tətbiq etdiyi qəddar idarəetmənin zülmündən əziyyət çəkir. Frans Qvianası, Guadeloupe və Martinique adaları, Komor adasının bir hissəsi hələ də Fransanın nəzarəti altındadır. Yeni Kaledoniya artıq bir neçə on illiklərdir ki, müstəmləkədən azad olmaq, öz müqəddəratını təyin etmək uğrunda mübarizə aparsalar da, istəklərinə nail ola bilmirlər. Ayağa qalxan xalqlar Fransa ordusu tərəfindən soyqırıma məruz qalırlar. Fransa, Seneqal, Niger, Kamerun, Mavritaniya, Əlcəzair və Ruandada kütləvi qətliamlar həyata keçirib. 1954-1962 Əlcəzair Qurtuluş Müharibəsi zamanı Fransa ordusu 5 milyona qədər əlcəzairlini qətlə yetirib. Bununla yanaşı, Fransa 1978-ci ilə qədər Əlcəzairin cənubunda gizli şəkildə 17 nüvə silahını sınaqdan keçirib. Hansı ki, onun təsirləri bu gün də Əlcəzairdə özünü göstərir. 2021-ci ilin fevralında bu sınaqların radioaktiv qalıqlarını daşıyan səhra fırtınası radioaktiv tullantıları Şimali Əlcəzairin səmasını narıncı rəngə boyamışdı.

Fransanın cənubunda yerləşən Korsika da uzun müddətdir müstəqil olmaq uğrunda mübarizə aparır. Lakin rejim onlara qarşı da amansız represiyalara əl atır. 2012-ci ildən bu yana Korsikda xalqın ayağa qaxıb, özlərinin müstəqilliklərini qurmaq uğurunda apardıqları mübarizələrdə 350 minə qədər insan öldürülüb, minlərlə insan isə həbsxanalara atılıb.

Fransanın hərbi dəstəyi ilə 1994-cü ilin aprel-iyul aylarında hutulər tutsi etnik azlığının nümayəndələri olan təxminən 800 min insan kütləvi şəkildə qətlə yetirib. 2021-ci il martın 26-da tarixçilərdən ibarət "Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul Komissiya" tərəfindən Fransa Prezidentinə təqdim edilmiş sənəddə 1994-cü ildə Ruandada tutsi qəbiləsinə mənsub 800 mindən çox insanın qətlə yetirilməsində Fransanın böyük məsuliyyət daşıdığı vurğulanıb. Paris isə bir dəfə də olsun, buna reaksiya verməyib. Sadəcə Fransa prezidenti Emmanuel Makron "Paris Ruandada tutsilərin soyqırımının qarşısını ala bilərdi, lakin bunu etməyib" deməklə kifayətlənib.

"Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili"

Ruanda Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqa avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən "Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, müstəmləkəçilik yalnız ərazilərin işğalı ilə məhdudlaşmayıb, eyni zamanda siyasi hakimiyyətə, sosial kimliklərə, iqtisadi münasibətlərə və cəmiyyətdə ayrı-seçkilik mexanizmlərinə təsir edən institutlar formalaşdırıb. Bu strukturlar formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə bir sıra keçmiş müstəmləkələrdə öz təsirini saxlayır. Ç.Kayonqa bildirib ki, tarixi hadisələrin müasir siyasətə və gələcək fəaliyyət istiqamətlərinə təsiri nəzərə alınmalıdır.

"Düzəldici ədalət tarixi zərərin aradan qaldırılmasına, eyni zamanda, dövlətlər və cəmiyyətlər arasında daha güclü və həmrəy münasibətlərin formalaşdırılmasına xidmət edir. Müstəmləkəçiliklə bağlı siyasi təcrübənin öyrənilməsi uzunmüddətli nəticələri anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Müstəmləkəçilik sadəcə əraziləri işğal etmədi. O, siyasi hakimiyyətin formalaşmasına, sosial kimliklərə, iqtisadi təşkilatlanmaya, eləcə də cəmiyyət daxilində kimlərin proseslərə cəlb edilməsi və kimlərin kənarda saxlanılmasına təsir edən institutlar yaratdı. İnstitusional strukturlar bir sıra keçmiş müstəmləkələrdə bu gün də müəyyən mənada davam edir və onların təsirlərinin aradan qaldırılması üçün tarixi proseslərə daha dərindən nəzər salmaq zəruridir".

Səfir onu da qeyd edib ki, müstəmləkəçilik Ruandanın sonrakı siyasi inkişafını mexaniki şəkildə müəyyənləşdirməyib, lakin sonrakı siyasi aktorların fəaliyyət göstərdiyi institusional və sosial çərçivənin formalaşmasına təsir göstərib: "Bu strukturların mahiyyətini və onların yaratdığı uzunmüddətli nəticələri aydın şəkildə ortaya qoymaq vacibdir. Yalnız bundan sonra tarixi məsuliyyət, ədalətin bərpası və reparasiya məsələləri ətrafında mənalı və əsaslandırılmış müzakirə aparmaq mümkündür".

"Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili" mövzusunda beynəlxalq konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasovun əsaslı və məntiqli çıxışı diqqət çəkib. Abbas Abbasov bildirib ki, Konqo, Ruanda və Burundidə müstəmləkəçilik dərin yaralar buraxıb. Bu ölkələrdə sistemli iqtisadi istismar, kütləvi zorakılıq, yerli cəmiyyətlərin və institutların məhvinin nəticələri bu gün də hiss olunur: "Müstəmləkəçiliklə mübarizə şəxsi fikrə deyil, çoxsaylı tədqiqatçılar, hüquqşünaslar və beynəlxalq qurumlar tərəfindən sənədləşdirilmiş və tanınmış tarixə əsaslanır.Bizi bu gün bir araya gətirən məsələ artıq bu ədalətsizliyin mövcud olub-olmaması deyil. Əsas sual budur ki, beynəlxalq ictimaiyyət, aidiyyəti dövlətlər və Belçikanın özü həqiqi tanınma və konkret təzminat istiqamətində necə addımlar ata bilər. Buraya restitusiya, kompensasiya və belə halların bir daha təkrarlanmamasına dair təminatlar daxildir".

Abbas Abbasov əlavə edib ki, təzminatların Konqo, Ruanda və Burundi xalqlarına bu müstəmləkəçilik irsinin öhdəsindən gəlməyə, daha güclü və daha zəngin ölkələr qurmağa kömək edəcəyinə inanır: "Ən əsası isə bu, ölkələrin ləyaqətlə irəliləməsinə, daha yaxşı gələcək qurmasına və dünyanın digər ölkələri ilə bərabər mövqedə dayanmasına şərait yarada bilər. Bu gün konfrans çərçivəsində biz müstəmləkəçilik təzminatlarının təmin edilməsi üzrə yol xəritəsinin yekun layihəsini müzakirə etmək imkanına malik olacağıq. Bu sənəd bugünkü tədbirin mühüm nəticələrindən birinə çevrilə bilər".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə