Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
İyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda Birinci vitse-prezident Mehriban Əliyeva çıxış etdi.
-Hörmətli həmkarlar.
Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiririk. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.
Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.
Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.
Bugünkü iclasda müşavirədən keçən son aylar ərzində aparılan işlər, əldə edilən nəticələr haqqında Rəşad Nəbiyev məruzə edəcək.
x x x
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verdi. Qeyd etdi ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu dedi.
Rəşad Nəbiyev Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verdi, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğuladı. "Mygov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2,7 milyondan 3,5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirdi.
Rəqəmsal inkişaf və nəqliyyat naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, "mygov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini dedi. Rəşad Nəbiyev innovasiya ekosisteminin inkişafı məsələlərinə toxundu, texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanıldığını vurğuladı və kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir.
x x x
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Şahmar Mövsumov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiqləndiyini xatırladan Şahmar Mövsumov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını dedi. Vurğuladı ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
Şahmar Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirdi ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.
Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını dedi, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd etdi.
x x x
Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezidentə məlumat verdi. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, “Rəqəmsal məktəb” layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu dedi.
Emin Əmrullayev, həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “STEAM Azərbaycan” layihələrini qeyd etdi, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğuladı.
İclas müzakirələrlə davam etdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
"Mən əmr verdim, Kiyevə hücumlar dayandırıldı"
Dünya 00:03Haalandın 300-cü QOLU
İdman 5 Sentyabr 23:31Zelenski sabah Kiyevdə Uitkoff və Kuşnerlə görüşəcək
Dünya 5 Sentyabr 23:19İranda yanacaqdaşıyan avtomobil partlayıb - 10 nəfər ölüb - TƏCİLİ
Dünya 5 Sentyabr 23:02Tuğba Ekinci həbs edildi - sosial şəbəkədəki paylaşımına görə...
Şou-Biznes 5 Sentyabr 22:31Daha bir idmançımız Avropa Çempionu oldu!
İdman 5 Sentyabr 22:19Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb- 2 pilot ölüb
Dünya 5 Sentyabr 22:02Ürək sağlamlığını dəstəkləməyin sadə bir yolunu müəyyən edilib...
Səhiyyə 5 Sentyabr 21:51O, həm də bilyard oynamağı öyrənir...
Sosial 5 Sentyabr 21:28J’amemme qadınlığı yenidən şərh edən kolleksiya təqdim edir...
Dəb 5 Sentyabr 21:06DW: Putin Rusiyada yeni səfərbərlik olduğunu inadla inkar edir...
Dünya 5 Sentyabr 20:52Rusiya hava blokadası ilə bağlı müsbət xəbər...
Dünya 5 Sentyabr 20:28Xatirəyə hörmət və mənəvi borc
Siyasət 5 Sentyabr 20:23ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib
Dünya 5 Sentyabr 20:13Putin MKİ rəhbərinin Moskvaya səfərinə qəribə bir töhmət verdi...
Dünya 5 Sentyabr 20:06Rusiya biznesləri kütləvi şəkildə Çinə qaçmağa başlayıb...
İqtisadiyyat 5 Sentyabr 19:49Zelenski: Moskvaya hücumları dayandırmağa hazırıq...
Dünya 5 Sentyabr 19:27Polşa səfərbərlik kartlarının paylanmasına başlayıb...
Dünya 5 Sentyabr 19:25Hisslərimizə hakim olaq, ədəblə davranaq!
Sosial 5 Sentyabr 19:25Turizm şirkətinin rəhbəri həbs edilib...
Sosial 5 Sentyabr 19:12Rusiyadakı yanacaq böhranı Monqolustana da yayılıb...
İqtisadiyyat 5 Sentyabr 19:07“Hicab geyinən bütün həmvətənlərimizi dəstəkləyirik...”
Dünya 5 Sentyabr 18:51Nepalda su basmış tuneldən iki nəfər xilas edilib
Dünya 5 Sentyabr 18:38Z-təbliğatçısı Norin gözlənilmədən Putini sülhə çağırdı...
Dünya 5 Sentyabr 18:27Bursada meşə yanğını başlayıb
Dünya 5 Sentyabr 18:18“Putin ABŞ nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verməyəcək”
Dünya 5 Sentyabr 18:06Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
Sosial 5 Sentyabr 17:45Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb
Dünya 5 Sentyabr 17:23"ABŞ İranı tam nəzarət altında saxlayır" - Tramp
Dünya 5 Sentyabr 14:47Trampın xüsusi elçiləri Moskvadadırlar
Siyasət 5 Sentyabr 14:41Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım
İdman 5 Sentyabr 14:32“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır
İdman 5 Sentyabr 14:28BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib
Siyasət 5 Sentyabr 14:21FIBA Qadınlar Seriyasının mövsüm finalına qələbə ilə başlayıb
İdman 5 Sentyabr 14:18Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib
İdman 5 Sentyabr 14:09Qubada beynəlxalq şahmat festivalına start verilib
İdman 5 Sentyabr 14:06"AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir
Təhsil 5 Sentyabr 13:39Azərbaycan və Seneqal dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə birgə fəaliyyəti nəzərdən keçirib
İqtisadiyyat 5 Sentyabr 13:35Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb
Mədəniyyət 5 Sentyabr 13:32Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub
İdman 5 Sentyabr 12:54Bazar günü yağış yağacaq - HAVA
Sosial 5 Sentyabr 12:50"Şimal-2" stansiyası 7 il ərzində 21 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edib
İqtisadiyyat 5 Sentyabr 12:47Azərbaycan səfiri Türkiyə xarici işlər nazirinin müavini ilə strateji müttəfiqliyi müzakirə edib
Siyasət 5 Sentyabr 12:44Türkmənistan 2027-2028-ci illərdə LLDCs-yə rəhbərlik edəcək, Azərbaycan vitse-sədr olacaq
Siyasət 5 Sentyabr 12:41Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib
İqtisadiyyat 5 Sentyabr 12:35Göygöldə moruq festivalı: sərgilər, konsertlər və əyləncə
Maraqlı 5 Sentyabr 12:31DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
Hadisə 5 Sentyabr 11:26Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Siyasət 5 Sentyabr 11:22Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 1 %-ə yaxın azaldıb
İqtisadiyyat 5 Sentyabr 10:55Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb
İdman 5 Sentyabr 10:51Azərbaycan nümayəndə heyəti "İstanbul İqlim Maliyyəsi Sammiti"ndə iştirak edib
Siyasət 5 Sentyabr 10:44Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
Siyasət 5 Sentyabr 10:38Ukraynada 4 günlük ATƏŞKƏS
Dünya 5 Sentyabr 04:06Naxçıvanda avtomobil aşıb, 3 nəfər ölüb
Hadisə 5 Sentyabr 03:05Türkiyə və BƏƏ Prezidentləri arasında telefon danışığı olub
Dünya 5 Sentyabr 02:21UEFA "Fənərbağça" və "Lion"un cəzalarını AÇIQLADI
İdman 5 Sentyabr 02:04Türkiyədə terror təbliğatı aparan sosial media hesabları MƏHDUDLAŞDIRILACAQ
Sosial 5 Sentyabr 01:20ABŞ-dan ŞOK ADDIM - Türkiyə şirkətlərinə sanksiya tətbiq etdi
Dünya 5 Sentyabr 01:03Polşa ordusunda dronlara qarşı alay yaradılır- nazirdən PAYLAŞIM
Dünya 5 Sentyabr 00:23"Ticarəti dayandıracayıq" - Tramp bu ölkələri hədələdi!
Dünya 5 Sentyabr 00:03Yenə Almaniyada bomba həyəcanı yaşanıb
Dünya 4 Sentyabr 23:31Azərbaycanlı müğənni Rusiyada qəzaya düşdü
Mədəniyyət 4 Sentyabr 23:19Dövlət qurumları güzəştli mənzillərin satışında rəqəmsal təhlükəsizliyi uğurla təmin ediblər
Sosial 4 Sentyabr 23:01Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb
İqtisadiyyat 4 Sentyabr 22:31Superliqa klubu yeni baş məşqçisini açıqladı
İdman 4 Sentyabr 22:19Tramp kürəkənini Moskvaya göndərir - Zelenski açıqladı
Dünya 4 Sentyabr 22:02Formula 1 çempionu Luis Hamilton xəyalındakı Ferrari-ni alıb…
Texnologiya 4 Sentyabr 21:51Uzunömürlülüklə bağlı məşhur miflər təkzib edilib...
Sosial 4 Sentyabr 21:28Qaradağ rayonunda şəhid və qazi övladlarına hədiyyələr təqdim olunub - FOTOLAR
Sosial 4 Sentyabr 21:18Valeriya 2026-cı il “Dünya gözəli” üçün geyimini təqdim edib...
Dəb 4 Sentyabr 21:05Zelenski Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa çağırıb
Dünya 4 Sentyabr 21:00Psixoloqlar ağıllı insanların istifadə etdiyi fəndləri müəyyən ediblər...
Sosial 4 Sentyabr 20:48Uğur qazanaraq müddətli əmək müqaviləsi ilə çalışmaq imkanı...
Təhsil 4 Sentyabr 20:35“Tezliklə kifayət qədər general olmayacaq”
Dünya 4 Sentyabr 20:26Əbdül Seyid Vensi “irqçilikdə” günahlandırıb...
Dünya 4 Sentyabr 20:07Özbəkistan Kremldən üz döndərir...
Dünya 4 Sentyabr 19:51Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Siyasət 4 Sentyabr 19:49Kiyevə dron hücumu nəticəsində 9 nəfər yaralanıb
Dünya 4 Sentyabr 19:32Həqiqətənmi Putin dəli bir şey planlaşdırır?
Dünya 4 Sentyabr 19:28Yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub
Sosial 4 Sentyabr 19:12Həyatımda ABŞ-ın hansısa bir müharibədə qələbəsini görməmişəm...
Dünya 4 Sentyabr 19:05Əfqanlar Amerika işğalçılarının vəhşiliklərini xatırlayırlar...
Dünya 4 Sentyabr 18:51ABŞ İranla bağlı yeni sanksiyalar tətbiq edib
Dünya 4 Sentyabr 18:45Azərbaycanın reallıqları və Qərb mediasının dezinformasiya kampaniyası
Siyasət 4 Sentyabr 18:42Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb
Dünya 4 Sentyabr 18:34Dünya Çinə necə baxır?
Dünya 4 Sentyabr 18:27Zaxarova Paşinyanın 102-ci baza ilə bağlı dediklərinə istehzalı cavab verib
Dünya 4 Sentyabr 18:16Kremlin əsl məqsədləri...
Dünya 4 Sentyabr 18:05Bakıda "20 Sentyabr" metrostansiyası olacaq
Sosial 4 Sentyabr 17:48İran ABŞ bazalarına qarşı hücumlarda süni intellektli dronlardan istifadə edib
Dünya 4 Sentyabr 17:42Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
Sosial 4 Sentyabr 17:37Bakı–Daşkənd xətti: qardaşlıqdan böyük tərəfdaşlığa - MİLLƏT VƏKİLİ
Siyasət 4 Sentyabr 16:38Rusiyaya məxsus PUA Finlandiya sərhədini pozdu
Dünya 4 Sentyabr 16:15Rusiyanın neft və qaz gəlirləri ən aşağı səviyyəyə düşdü
Dünya 4 Sentyabr 16:14Ukrayna Rusiyaya şərtsiz danışıqlar təklif edib
Dünya 4 Sentyabr 16:02Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
Dünya 4 Sentyabr 16:01Özəl xəbərlər
Digər xəbərlərBakı–Daşkənd xətti: qardaşlıqdan böyük tərəfdaşlığa - MİLLƏT VƏKİLİ
Siyasət 4 Sentyabr 16:38Ukrayna Rusiyaya şərtsiz danışıqlar təklif edib
Dünya 4 Sentyabr 16:02Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
Dünya 4 Sentyabr 16:01BƏƏ və Çin birgə hərbi təlim keçirdi
Dünya 4 Sentyabr 15:58“Bu, ikitərəfli əlaqələrin normallaşdırılması müstəvisində mühüm əhəmiyyət kəsb edir” - ŞƏRH
Siyasət 4 Sentyabr 14:38
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9765
0,00%
-
GBP
2,3004
0,00%
-
RUB
1,9579
0,00%



