Haiti üzərində qazanılan qələbə vacib idi.
SİA xarici mediaya istinadən xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsində Haiti yığmasına qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis qalib gəldikləri oyun barəsində danışıb:
"İnkişafımızı oyundan-oyuna davam etdirəcəyik. Haiti üzərində qazanılan böyük hesablı qələbə vacib idi. Bu cür qalibiyyətlər komandanın özünə inamını bir qədər də artırır. Növbəti matça da qələbə əzmi ilə çıxacağıq".
Qeyd edək ki, Braziliya Haiti seçməsini 3:0 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB