İqlim dəyişikliyi hazırda şəhər və icmalar üçün ciddi təhlükə yaradan amillərdən biridir və artıq nəzəri risk deyil, real böhran kimi qiymətləndirilir.
SİA xəbər verir ki, bu sözləri Qambiyanın Banjul şəhərinin meri Rohey Malick Lowe WUF13 çərçivəsində keçirilən “Münaqişə və həssas bölgələrdə şəhər həlləri vasitəsilə sülhə yönəlik iqlim fəaliyyəti” adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, iqlim ədaləti olmadan sülhün təmin edilməsi mümkün deyil, eyni zamanda sülh olmadan da effektiv iqlim siyasətinin həyata keçirilməsi çətindir.
Mer qeyd edib ki, həssas və münaqişədən təsirlənmiş regionlarda ənənəvi yanaşmalar artıq yetərli deyil və yeni idarəetmə modellərinə ehtiyac var.
Rohey Malick Lowe vurğulayıb ki, iqlim və təhlükəsizlik məsələləri bir-birindən ayrı deyil və birlikdə idarə olunmalıdır.
O, Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzini yüksək qiymətləndirərək bildirib ki, mərkəzin “həssas kontekstlərdə ağıllı və dayanıqlı şəhərlər üçün tərəfdaşlığın genişləndirilməsi” vizyonu yeni idarəetmə modelinə mühüm töhfə verir.
Çıxışda qeyd olunub ki, heç bir şəhər və ya qurum iqlimdən qaynaqlanan riskləri təkbaşına aradan qaldıra bilməz və bu istiqamətdə beynəlxalq əməkdaşlıq vacibdir.
Bu kontekstdə International Organization for Migration və UN-Habitat kimi qurumların yerli tərəfdaşlarla birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB