“İnklüziv ipoteka mexanizmlərinin tətbiqi ilə əhalinin mənzil imkanlarını genişləndirilir“
“Kambocada milli barışığın əldə olunmasından sonra ölkədə sabitlik mərhələsi başlanıb. Son onillikdə Kamboca tədricən orta gəlirli ölkələr sırasına daxil olmağa doğru irəliləyir ki, bu da yeni iqtisadi imkanlar yaradır”.
SİA xəbər verir ki, bunu Kamboca Baş nazirinin müavini Say Samal WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, ölkə iqtisadiyyatın şaxələndirilməsi, ixtisaslı işçi qüvvəsinin formalaşdırılması, rəqəmsal infrastrukturun inkişafı, tullantıların idarə olunmasının təkmilləşdirilməsi və ictimai nəqliyyat sisteminin modernləşdirilməsi istiqamətində mühüm addımlar atır.
Eyni zamanda, inklüziv ipoteka mexanizmlərinin tətbiqi ilə əhalinin mənzilə çıxış imkanları genişləndirilir və yaxın perspektivdə qeyri-formal yaşayış məntəqələrinin və gecəqonduların aradan qaldırılması hədəflənir. Narkotik vasitələrlə mübarizə də dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi qeyd olunur.
Çıxışının sonunda Say Samal forumun təşkili və dəvətə görə Azərbaycan hökumətinə və BMT İnsan Məskənləri Proqramına (UN-Habitat) təşəkkürünü bildirib.
Kamboca rəsmisi həmçinin vurğulayıb ki, ölkəsinin qlobal istixana qazları emissiyalarında payı az olsa da, iqlim dəyişikliyi ilə mübarizəyə fəal şəkildə töhfə verir.
Onun sözlərinə görə, Kamboca Asiyada ilk ölkələrdən biri olaraq 2050-ci il üçün karbon neytrallığı strategiyasını qəbul edib, milli səviyyədə öhdəlik sənədlərini yeniləyib və bərpa olunan enerji sahəsinə investisiyaları artırıb. O, ölkənin gələcəyinə nikbin baxdıqlarını və “Yeni Kamboca” vizyonu istiqamətində irəlilədiklərini qeyd edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB