FİFA-dan "Qarabağ"a ŞAD XƏBƏR

FIFA-nın "Qarabağ" klubuna tətbiq etdiyi transfer qadağası aradan qaldırılıb. Ali futbol qurumu mayın 8-də qoyduğu məhdudiyyəti bu gün rəsmən ləğv edib.

FIFA Azərbaycan Premyer Liqası təmsilçisinin növbəti üç transfer dövründə yeni oyunçu qeydiyyatına qadağa qoymuşdu. Lakin Ağdam klubunun bu məsələ ilə bağlı problemi qısa müddətdə həllini tapıb. "Köhlən atlar" bir neçə gün əvvəl bənzər vəziyyətlə üzləşən "Neftçi" ilə eyni taleyi yaşayıb.

Məsələnin təfərrüatına dair əldə edilən məlumata görə, "Qarabağ" braziliyalı yarımmüdafiəçi Julio Romao ilə bağlı texniki məsələyə görə bu vəziyyətlə üzləşib. Belə ki, futbolçunu 2022-ci ilin yayında sıralarına qatan Ağdam təmsilçisindən FIFA-ya Portuqaliyanın "Santa Klara" klubu şikayət edib.

Portuqaliya klubu 2025-ci ilin yayında "Qarabağ"ın Romaonu "Ferentsvaroş"a göndərib, əvəzində Kadi Borqesi geri qaytardığı transfer əməliyyatına (mübadiləyə) görə narazılığını bildirib. "Santa Klara" bu transfer prosesinə görə təzminat tələbi irəli sürüb.

Məhz bu iddiaya görə, FIFA-nın müvafiq portalı klubu avtomatik olaraq "qırmızı siyahı"ya salıb. Tərəflər arasında əsas öhdəliklər yerinə yetirildikdən sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə