Süni intellekt alimlərin rolunu azalda bilməz

Rusiya Elmlər Akademiyasının prezidenti Gennadi Krasnikov “maşın öyrənmə” terminini “süni intellekt”dən üstün tutduğunu bildirərək, tədqiqatçıların çoxdan maşın öyrənmə metodlarından istifadə etdiyini xatırladıb.

SİA TASSS-a istinadən xəbər verir ki, süni intellektin “alimlərin rolunu azaldacağı” ilə bağlı narahatlıqlar tamamilə əsassızdır. Bunu Belarus Respublikası Milli Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının birgə iclasından əvvəl jurnalistlərə açıqlamasında Rusiya Elmlər Akademiyasının rəhbəri Gennadi Krasnikov deyib. TASS-ın sualına cavab olaraq Krasnikov vurğulayıb ki, "Bu gün tədqiqatçıların daha səmərəli işləmək imkanları xeyli artıb. Bununla belə, alimlərin rolunun bir növ azalacağını söyləmək, əlbəttə ki, əsassızdır". Rusiya Elmlər Akademiyasının rəhbəri, həmçinin “maşın öyrənməsi” ifadəsini “süni intellekt”dən üstün tutduğunu bəyan edərək, tədqiqatçıların uzun müddətdir maşın öyrənmə metodlarından istifadə etdiyini xatırladıb. Akademik Krasnikov belə izah etdi: “1980-ci illərin əvvəllərində biz də minlərlə parametri əhatə edən spesifik korrelyasiyaları axtararkən tədqiqatımızda bundan istifadə edirdik”. Sualları cavablandıran Rusiya Elmlər Akademiyasının rəhbəri bildirib ki, bugünkü iclasın əsas mövzularından biri “fundamental tədqiqatlardan tətbiqə qədər olan vaxtı mümkün qədər qısaltmaqdır”.

Nurgün Qənizadə

Bütün xəbərlər Facebook səhifəmizdə