Elçin Əmirbəyov italiyalı nazir müavini ilə görüşüb

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli görüşüb və ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər. Bu barədə İtaliya Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Danışıqlar zamanı tərəflər regional və beynəlxalq məsələləri, eləcə də siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrində tərəfdaşlığın möhkəmləndirilməsini müzakirə ediblər. İtaliyanın Baş naziri Corcia Meloninin qarşıdan gələn səfərini və yanvar ayında imzalanmış fəaliyyət planının icrası ətrafında da fikir mübadiləsi aparılıb. Qeyd edək ki, Corcia Meloni mayın 5-də Azərbaycana səfər edəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə