“Milli Aviasiya Akademiyasında yeni Təlim Mərkəzi aviasiya sektorunda strateji əhəmiyyətlidir“ - DEPUTAT DANIŞDI
“Milli Aviasiya Akademiyasında yeni yaradılmış Beynəlxalq Təlim Mərkəzi təhsil və aviasiya sektorunda strateji əhəmiyyət daşıyır. Bu mərkəz ilk növbədə, ölkədə yüksək ixtisaslı aviasiya kadrlarının hazırlanması üçün müasir və beynəlxalq standartlara uyğun tədris imkanlarının yaradılması baxımından əhəmiyyət kəsb edir”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva bildirib.
Onun sözlərinə görə, müasir texnologiyalar və simulyasiya avadanlıqları ilə təchiz olunmuş mərkəz tələbələrə və mütəxəssislərə real uçuş şəraitinə yaxın mühitdə təlim keçmək imkanı verir:
”Bu isə onların praktiki bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə, beynəlxalq tələblərə cavab verən peşəkar kadrların formalaşmasına zəmin yaradır. Belə imkanlar Azərbaycanın aviasiya sahəsində rəqabət qabiliyyətini artırır və ölkəni regionda mühüm təlim mərkəzlərindən birinə çevirir.
Digər tərəfdən, Beynəlxalq Təlim Mərkəzi xarici tələbələrin və mütəxəssislərin də cəlb olunmasına şərait yaradır. Bu, həm təhsil sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə, həm də Azərbaycanın elmi və texnoloji potensialının dünyaya tanıdılmasına xidmət edir. Hesab edirəm ki, bu mərkəz vasitəsilə yetişdirilən peşəkar kadrlar ölkənin aviasiya sənayesinin davamlı inkişafına töhfə verəcəklər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB