Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ROKETSAN tərəfindən Silahlı Qüvvələrə təhvil verilən raket sistemləri ilə əlaqədar "X" sosial şəbəkə hesabında paylaşım edib. Türkiyə lideri bəyan edib ki, Türkiyənin hava hücumundan müdafiə sistemi (HHM) güclənəcək, qanadlı və ballistik raket potensialı artacaq.
SİTAT: "Bu investisiyalar HHM sistemimizi gücləndirəcək, strateji gücümüzü artıracaq. "Dəmir Qübbə"nin atəş gücünü təşkil edən bu sistemlərin daha yüksək istehsal tempinə çatması ilə HHM sistemlərinin istehsalı daha da möhkəmləndiriləcək".
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB