“Prezidentin atdığı addımlar dünyada sülhün bərqərar olması baxımından böyük önəm daşıyır” - ŞƏRH

“Təəssüf ki, dünyamız çox mürəkkəb bir dövrə və zamana daxil olub. Dünyada qarşıdurmaların, müharibələrin sayı günü-gündən artır və dünyamız daha mürəkkəb bir dövrə daxil olur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, bu baxımdan Bakıda keçirilən forumun çox böyük önəmi və əhəmiyyəti var və bu, o baxımdan da önəmlidir ki, dünyadakı münaqişələr aradan qaldırılsın, fikirlərimiz aydınlaşsın və dünyamıza sülh gəlsin:

“Təbii ki, bunun üçün də dünya dövlətlərinin atdığı addımlar və həyata keçirdikləri tədbirlər çox önəmlidir. Azərbaycan da bu prosesə öz töhfəsini verir və bu prosesdə fəal şəkildə iştirak edir. Bu baxımdan, bu cür tədbirlərin xüsusi önəmi və əhəmiyyəti var. Xüsusilə də cənab Prezidentin atdığı addımlar dünyamızda sülhün bərqərar olması və təhlükəsizliyin təmin olunması baxımından böyük önəm daşıyır”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə