Güclü İqtisadiyyat və Davamlı İnkişaf - MƏQALƏ

2026-cı ilin əvvəlində, yanvarın 5-də, AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev yerliteleviziya kanallarına ənənəvi illik müsahibəsini verdi. Bu müsahibə ölkəmizin nailiyyətlərinin yekununu çıxarmaq, gələcək prioritetləri müəyyənləşdirmək və ictimaiyyətəstrateji baxışı çatdırmaq baxımından böyük əhəmiyyətdaşıyırdı. Müsahibə boyunca cənab Prezidentinvurğuladığı vacib məqamlar — nəhəng investisiyalayihələri, Qarabağın yenidən qurulması və ümumi iqtisadiinkişaf — ölkəmizin güclü iqtisadi dayanıqlılığını vəperspektivini açıq şəkildə nümayiş etdirir.​​​Son illər qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-müəyyənliklər, geosiyasi gərginliklər və enerjibazarlarındakı dalğalanmalar bir çox ölkələrin iqtisadidayanıqlığını ciddi sınaq qarşısında qoysa da, Azərbaycanbu proseslərdən minimum itki ilə çıxmağı bacarıb. CənabPrezident müsahibəsində xüsusi olaraq vurğuladı ki, ölkənin makroiqtisadi sabitliyi qorunub saxlanılır, stratejivalyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir və dövlətmaliyyəsi sağlam prinsiplər üzərində idarə olunur. Bu amillər Azərbaycanın yalnız bu günü üçün deyil, gələcəkinkişaf mərhələləri üçün də möhkəm zəmin yaradır.İqtisadi dayanıqlığın əsas göstəricilərindən biri kiminəhəng investisiya layihələrinin ardıcıl şəkildəreallaşdırılması diqqət çəkir. Azərbaycan artıq uzunmüddətdir ki, təkcə xammal ixracatçısı kimi deyil, regional nəqliyyat, logistika və enerji mərkəzi kimi çıxış edir. Prezidentin müsahibəsində qeyd olunduğu kimi, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri, yenienerji layihələri və sənaye zonalarının yaradılmasıiqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Bu layihələrhəm daxili bazarı gücləndirir, həm də Azərbaycanı etibarlıtərəfdaş kimi beynəlxalq investorlar üçün daha cəlbediciedir.​Bu ümumi inkişaf fonunda Qarabağın yenidənqurulması prosesi xüsusi yer tutur. İşğaldan azad olunmuşərazilərdə qısa müddət ərzində aparılan genişmiqyaslıbərpa və quruculuq işləri dünyanın bir çox ölkələrindənadir rast gəlinən temp və miqyasla həyata keçirilir. CənabPrezident müsahibəsində Qarabağda “ağıllı şəhər” və“ağıllı kənd” konsepsiyalarının tətbiqini, müasirinfrastrukturun qurulmasını və Böyük Qayıdış proqramınınardıcıl icrasını ölkənin iqtisadi gücünün və idarəetməqabiliyyətinin bariz nümunəsi kimi dəyərləndirdi. Bu proses təkcə humanitar və sosial əhəmiyyət daşımır, eynizamanda yeni iqtisadi zonaların formalaşmasına, kəndtəsərrüfatının, turizmin və xidmət sektorunun inkişafınatəkan verir. Qarabağa yönəldilən investisiyalar dövlətbüdcəsi üçün ciddi yük yaratsa da, Prezidentinmüsahibəsində də vurğulandığı kimi, bu xərcləriqtisadiyyatın ümumi balansını pozmur. Əksinə, sağlammaliyyə siyasəti və düzgün prioritetləşmə hesabına həmsosial öhdəliklər icra olunur, həm də strateji layihələrdavam etdirilir. Bu yanaşma göstərir ki, Azərbaycaniqtisadiyyatı yalnız böyüməyə deyil, davamlı və inklüzivinkişafa fokuslanıb.​​​​​​​Müsahibənin əsas mesajlarından biri də ondan ibarət idiki, dövlətin iqtisadi siyasəti insan amilinə söykənir. İnvestisiyalar yalnız rəqəmlər və obyektlər üçün deyil, vətəndaşların rifahının yüksəldilməsi, yeni iş yerlərininaçılması və regionlararası tarazlığın təmin olunmasıməqsədi daşıyır. Bu baxımdan Qarabağın yenidənqurulması həm də milli birliyin, sosial ədalətin və gələcəyəinamın möhkəmləndirilməsi deməkdir.​Nəticə etibarilə, nəhəng investisiya layihələri və Qarabağın bərpasıfonunda Azərbaycan iqtisadiyyatının nümayiş etdirdiyidayanıqlılıq təsadüfi deyil. 5 yanvar müsahibəsi bir dahasübut etdi ki, ölkəmizin inkişafı sistemli, planlı vəuzunmüddətli strategiyaya əsaslanır. Güclü siyasi iradə, sabit iqtisadi idarəetmə və milli maraqlara söykənəninkişaf modeli Azərbaycanın bu gününümöhkəmləndirməklə yanaşı, gələcəyini də inamlaformalaşdırır.

Abil Ağasəfov,

YAP Qəbələ rayon təşkilatının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə