Milli Məclisin növbəti plenar iclası keçirilir. SİA xəbər verir ki, iclasın gündəliyinə ümumilikdə 10 məsələ təklif olunub.
Gündəliyə Azərbaycan ilə Türkiyə arasında hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumunun, kosmonavtların xilas edilməsi və kosmik obyektlərin geri qaytarılması ilə bağlı beynəlxalq sazişə qoşulmanın, eləcə də Ruanda Respublikası ilə hava əlaqəsi haqqında sazişin təsdiqi ilə bağlı qanun layihələri daxildir.
Plenar iclasda həmçinin “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” qanun layihəsi və nəqliyyat, istehlakçı hüquqları, ətraf mühit, dövlət rüsumu, daşınmaz əmlakın reyestri, vergi, sosial sığorta, əmək və digər sahələri əhatə edən bir sıra qanunlara dəyişikliklər üçüncü və birinci oxunuşda müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB