“Bu təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın xeyrinə atılan addımdır” - ŞƏRH EDİLDİ
“Sülh müqaviləsinin imzalanmasının əslində bir neçə səbəbi var. Birincisi, regiona təbii ki, sülh gəlməkdədir və bu, əslində regionun təkcə sabitlik içində yaşaması deyil, eyni zamanda xalqlar arasında münasibətlərin qurulması, siyasi və iqtisadi əlaqələrin dərinləşməsi deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, sülh prosesində əldə olunacaq razılaşmalar regionun iqtisadi inkişafına da təsir göstərə bilər:
“Beynəlxalq diqqəti də bu regiona cəlb edə bilər və böyük ehtimalla belə də olacaq. Zəngəzur dəhlizinin açılması və orada aparılacaq işlər beynəlxalq diqqətin bura yönəlməsinə səbəb olacaq və bu da ümumilikdə regionun inkişafına müsbət təsir göstərəcək.
Məncə, burada çox böyük perspektiv var. Əgər sülh müqaviləsi imzalanacaqsa və onun nəticələrini həyata keçirmək mümkün olacaqsa, bu təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın, ümumilikdə Avrasiyanın və dünyanın xeyrinə olacaq bir addımdır. Kifayət qədər perspektiv və gözləntilər var. Nəzərə almaq lazımdır ki, Çinin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində bu regiondan ildə 30-40 milyon tona qədər yüklərin daşınması mümkündür. Bu isə həm Azərbaycanın, həm də Ermənistanın büdcəsinə ciddi maliyyə vəsaiti gətirə bilər.
Əgər Ermənistan həqiqətən də ağıllı siyasət yürüdəcəksə və Azərbaycanın uzatdığı barış əlinə adekvat cavab verəcəksə, bu sülh müqaviləsi bölgəyə həm sabitlik, həm inkişaf, həm də əbədi bir təhlükəsizlik sistemi gətirəcək.
Düşünürən ki, bütün bunlar Ermənistan tərəfindən bilinir, amma müəyyən qüvvələr bu prosesi əngəlləməyə çalışır. Bu baxımdan Ermənistanın mövcud hakimiyyəti siyasi iradə nümayiş etdirməli, dirəniş göstərməli və bu prosesi həyata keçirməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB