Zəfər Gününün beşinci ildönümü münasibətilə İstanbulun Bahçeşehir Universitetinin Türk Dünyası Klubu tərəfindən tədbir keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, mərasimdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Tədbirdə çıxış edən “TRT Türk” radiosunda yayımlanan “Azərbaycan Rüzgar” proqramının müəllifi və aparıcısı, İstanbul Universitetinin doktorantı Səidə Ömər Azərbaycan xalqının uzun illər əsarət altında olsa da müstəqillik ümidini qoruduğunu vurğulayaraq, bu inam uğrunda keçdiyi çətin sınaqlar barədə danışıb.
O, qeyd edib ki, sovet dövründə 70 il əsarət altında qalsa da Şərqdə ilk demokratik respublikanı elan edən Azərbaycan xalqı hər zaman müstəqillik uğrunda mübarizə aparıb.
Bildirilib ki, Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizi işğal edilsə də xalq hər zaman ərazi bütövlüyünü bərpa etmək əzmi ilə yaşayıb. Hər zaman sülh və ədalət prinsiplərinə sadiq olan Azərbaycan bu gün bölgənin rifah və inkişafı istiqamətində iradəsini davam etdirir.
Tədbir zamanı tələbələrə 44 günlük Vətən müharibəsi, Şuşanın Türk dünyası üçün mədəni əhəmiyyəti, gənclərin elmi və mədəni biliklərinin artırılması, Türk dünyası arasında mədəni-tarixi bağların daha da gücləndirilməsi, Zəfərin gələcək nəsillərə çatdırılmasının vacibliyi, milli həmrəyliyi möhkəmləndirilməsi kimi mövzularda məlumatlar çatdırılıb, tövsiyələr verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB