Baş prokuror Abşeron rayonunda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR
Noyabrın 4-də Baş prokuror Kamran Əliyev Abşeron Rayon Prokurorluğunun inzibati binasında Abşeron, Zəngilan rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildirilib ki, qəbuldan əvvəl Kamran Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad edib.
Qəbulda iştirak edən 37 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB