Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadefulla görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan XİN rəhbəri öz X hesabında paylaşım edib. “Biz Azərbaycan-Almaniya əməkdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, Azərbaycan-Ermənistan sülh gündəliyinin irəliləyişi, digər əsas regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardıq. Həmçinin, avqustda Vaşinqtonda keçirilən tarixi sammitin regionda və ondan kənarda sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətindən danışılıb”, - C.Bayramov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə