Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır

Azərbaycan Respublikasının dövlətsərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına dəyişiklik edilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə