Parisdə İkinci Dünya Müharibəsində Fransanın azadlığı uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsi yad edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Zəfər Tağının altında İkinci Dünya Müharibəsində Fransanın azad edilməsi uğrunda döyüşən azərbaycanlı partizanların xatirəsinə həsr olunmuş mərasim təşkil edilib", - paylaşımda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə