"Prezidentin Kuzey Kıbrısla bağlı səsləndirdiyi xoş sözlər yerinə düşdü" - ŞƏRH EDİLDİ

"Cənab Prezidentin çıxışına, özünün dediyi kimi qısa çıxışına, eyni zamanda suallara verdiyi geniş cavablara şəxsən diqqətlə qulaq asdım". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti dünyanın taleyinin həll edildiyi platformalarda ən doğru, düzgün mövqedən çıxış etməyi bacaran yetişkin liderdir: "Azərbaycan Prezidenti istər Azərbaycan-Ermənistan münasibətləri, istərsə də qlobal məsələlər, istər dünyadakı proseslər haqqında yetərincə tutarlı arqumentləşdirilmiş cavablar verdi.

Özəlliklə diqqətimizi çəkən o oldu ki, qardaş Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşdırılmasına Azərbaycanın verdiyi töhfə haqqında ilk dəfə burada danışıldı. Prezident İlham Əliyev, hətta belə ifadə də işlətdi ki, bu, bizim daxili məsələmiz olsa da, bunu artıq ilk dəfə dilə gətirir. Bildirib ki, İsraillə Türkiyənin münasibətlərinin normallaşdırılmasına biz töhfə vermişik. Hətta o münasibətlərin düzəldilməsi üçün prosesdə birinci tərəf olmuşuq. Hamıdan öndə getmişik. Başqa vasitəçilər də olub. Amma Azərbaycan öndə gedib.

Eyni zamanda xüsusi olaraq diqqətimi çəkən Kuzey Kıbrıs Türk Cümhuriyyəti Cumhur başkanının təmsilçisinin verdiyi sual və suala verilən cavab oldu. Xatırlatmaq istəyirəm ki, bu günlərdə istər Azərbaycanda, istərsə də Türkiyə, Kuzey Kıbrısda, Türküstan ölkələrində, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın rum kəsimində səfirlik açılması ilə bağlı narahatlıq müzakirə olunur. Bunun fonunda Azərbaycan Prezidentinin Kuzey Kıbrısla bağlı səsləndirdiyi xoş sözlər çox yerinə düşdü. Həqiqətən də, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin indiki şəraitdə buna çox ciddi ehtiyacı var. Belə ehtiyacın qarşılanması, əlbəttə ki, təqdirəlayiqdir. Ümumiyyətlə, Azərbaycan Prezidenti hər zamankı kimi suallara verdiyi cavablarla yenə də ustad dərsi keçmiş oldu".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə