"Fransanın bütün müstəmləkələri öz müstəqilliklərini eyni gündə elan etməlidirlər"
Fransanın bütün müstəmləkələri öz müstəqilliklərini eyni gündə elan etməlidirlər. SİA xəbər verir ki, bunu Yeni Kaledoniyanın NCMCP assosiasiyasının katibi Eugene Tetuanui Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O bununla əlaqədar Fransanın bütün dənizaşırı ada ərazilərinə müraciət edib:
"Hazırda Bakıda keçirilən bu konfranslarla təhdidlərə qarşı nümunəvi dayanmalıyıq. İşlər görülməlidir ki, öz məqsədlərimizə nail olaq. Hazırda bizim uşaqlarımız ölür, valideynlər pis durumdadırlar. Müstəmləkəçilər bizimlə pis rəftar edirlər".
Yeni Kaledoniya təmsilçisinin fikrincə, Fransanın bütün dənizaşırı əraziləri öz müstəqilliyini eyni gündə elan etməlidirlər: "Ancaq bu halda nəticəyə nail ola bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə