Britaniya Parlamentində Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb

Böyük Britaniya Parlamentinin İcmalar Palatasının deputatı Bob Blekmen Xocalı soyqırımı ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürüb. SİA Britaniya Parlamentinə istinadla xəbər verir ki, sənəddə 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin, Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə, Xocalıda törətdiyi vəhşiliklər xatırladılıb, 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi, onların arasında 106 qadın, 63 uşaq və 70 yaşlının olduğu vurğulanıb. Xocalı faciəsi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır bir cinayət kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə