"Artıq onlar Azərbaycanın ədalət məhkəməsində dayanıb" - SİYASİ EKSPERT ŞƏRH ETDİ

"Xocalı və buna bənzər tariximizdə ki, dəhşətli genosid aktlarına tam hüquqi siyasi qiymətin verilməsi bizim dövlətimizin və cəmiyyətimizin öndə olan vəzifələrindən biridir. Biz buna ümummilli məsələ kimi baxırıq və baxmalıyıq. Xocalı soyqrımına yetkin, bütöv siyasi qiymətin verilməsi bizim dövlətçilik məsələsidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti var olduqca erməni təcavüzunun tarixini xatırladan bu kimi cinayətlərin daim lazımi tribunalarda təqdim olunmasına ehtiyyac olacaq. "Xocalı cinayətinin hələlik siyasi qiyməti tam şəkildə verilsədə, ancaq hüquqi qiyməti təəssüf ki, verilməyib. Ona görə ki, həm siyasi qiyməti Azərbaycanın beynəlxalq qanunvericilik sistemində artıq genosid aktı kimi dəyərləndrilib. Ölkənin milli hüquq sistemində bu məsələ ilə bağlı cinayət işləri qaldırılıb. Hələlik müqəssirlərin hamısı cinayətə cəlb olunmasada, qaldırılmış cinayət işi nə vaxtsa onun bütün müqəssirlərinin məsuliyyətə cəlb olunacaqını deməyə əsas verir. Biz heç şübhə etmirik ki, daxili qanunvericiliyin tələblərinin nöqteyi nəzərindən Xocalı soyqrımının bütün müqəssirləri cəzalarını alacaqlar. Bəziləri artıq həbs edilib. Artıq onlar Azərbaycanın ədalət məhkəməsində dayanıb. Amma Xocalı Soyqrımının həm keçmiş Dağlıq Qarabağdan olan cinayət təşkilatçıları və icraçıları, həm də Ermənistan respublikasından olan təşkilatçıları və icraçıları, həm də o dövrün Kreml hakimiyyətində olan cinayətkarlar hələ ki, tam məsuliyyətə cəlb olunmayıblar. Onların üzərində tam məhkəmə sisteminin qurulması bu cinayətə görə, tam hüquqi qiymətin verilməsi demək olacaq. Eyni zamanda Xocalı soyqrımına beynəlxalq hüquqi müstəvidə də, baxılması hələ bir vəzifə kimi özünü gözləyir. İlk növbədə onun çoxlu sayda ölkələrin parlamentləri genosid faktı kimi tanıdılmasına nail olmalıyıq. Hələlik bir neçə dövlətin parlamenti, bizə dost olan ölkələrin parlamentləri Xocalı Soyqrımını tanıyıblar. Amma aparıcı dünya dövlətlərinin hamısının parlamentində Xocalı soyqrımının genosid aktı kimi tanıdılması bizim qarşıdan duran vəzifələrimdən biridir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə