"50 milyonluq uca millətimizin qürur mənbəyi, xilaskarı, dövlətimizin suvernliyini və ölkəmizin ərazi bütövlüyünü təmin edən, xalqımızın firavanlığı üçün yorulmadan çalışan, Azərbaycan adını beynəlxalq səviyyəyə ucaldan və onu regionun lider dövlətinə yüksəldən Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi böyük məmnuniyyətlə səmimi qəlbdən təbrik edir, ona Uca Tanrıdan sağlam və uzun ömür, çətin və şərəfli fəaliyyətində yeni-yeni zirvələr və ailə səadəti diləyirəm." - bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı öz sosial şəbəkə hesabında ölkə başçısına təbrik ünvanlayaraq bildirib.
Daha sonra o bildirib:
"Zati-Aliləri, Möhtərəm Cənab Prezident, qoy Uca Yaradan Sizi daimi olaraq lütfündə və pənahında saxlasın!
Amin!
Doğum Gününüz mübarək, Möhtərəm Cənab Prezident!
Dərin hörmət və ehtiramla,
Günay Ağamalı"
24 Dekabr 2024-cü il.
Bütün xəbərlər Facebook səhifəmizdə