"Prezident əməkdaşlığı regionun sabitliyinin təminatçısı kimi göstərib" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Prezidentinin "Rosiyya Seqodnya" beynəlxalq informasiya agentliyinə verdiyi müsahibədə, Türkiyə və Azərbaycan hərbi-siyasi əməkdaşlığını regionun əsas sabitliyinin təminatçısı kimi göstərib”. Bu sözləri SİA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu doğurdan da belədir: “Çünki son dövrlərdə formalaşan Türkiyə və Azərbaycan əlaqələri, birgə hərbi təlimlərin keçirilməsi, siyasi əlaqələrin dərinləşməsi, strateji müttəfiqlik şərtlərinin formalaşdırılması regionda haqqın, ədalətin və beynəlxalq hüququn təmin olunmasına gətirib çıxarır. Yəni Azərbaycanın pozulmuş hüquqlarının bərpasına gətirib çıxarıb. Eyni zamanda bu güc ölçülü şəkildə davrandığını görə heç bir qonşu ölkə üçün təhlükə yaratmayıb”.

Hikmət Babaoğlu sözlərinə belə davam edib: “Ona görə də, mən düşünürəm ki bu qiymətləndirmə həm beynəlxalq hüquq baxımından, həm də regionumuzun siyasi reallıqları baxımından tamamilə həqiqətləri əks etdirir. Amma həmçinin bu təkcə regional hadisə deyil. Azərbaycan Prezidenti regional sabitliyin qorunması, həm də beynəlxalq münasibətlər sisteminin keyfiyyəti baxımından qiymətləndirir.

Bu gün artıq doğurdan da ikinci dünya müharibəsindən sonra formalaşmış dünya nizamında bir təlatümün, bir tribunas var, yəni bu nizam dağılmaqdadır. Ona görə də regional dövlətlərin öz təhlükəsizliyini özləri təmin etməsi həmdə qlobal təhlükəsizliyə töhfədir ki, Azərbaycan Prezidenti bu məsələyə toxunaraq həmin konteksdə Türkiyə Azərbaycan münasibətlərini sabitləşdirici faktor kimi qeyd edib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə