Ulu Öndərin xatirəsi İslamabadda anılıb

Azərbaycanın Pakistandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad edilib. Səfirlikdən SİA-ya bildiriblər ki, səfir Xəzər Fərhadov həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş Ümummilli Liderin vəfatından 21 il ötməsinə baxmayaraq, onun əziz xatirəsinin bütün azərbaycanlıların ürəyində daim yaşadığını diqqətə çatdırıb. Diplomat bildirib ki, müasir Azərbaycanın inkişafının və azərbaycançılıq kimliyinin qorunub güclənməsində məhz Heydər Əliyevin uzaqgörənliyi və müdrik siyasəti dayanır. Azərbaycan xalqı hər zaman Ümummilli Lider Heydər Əliyevin xatirəsini əziz tutur.

Səfirliyin kollektivi Ümummilli Liderin anım günü ilə əlaqədar İslamabad şəhərində fəaliyyət göstərən Talassemiya Mərkəzinə (Sundas Fondu) baş çəkib, mərkəzin tibb heyəti, pasiyentləri, eləcə də onların ailə üzvləri ilə görüşüb. Görüş zamanı Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb, dahi şəxsiyyətin Azərbaycan-Pakistan münasibətlərinin inkişafında əvəzsiz rolu barədə məlumat verilib. Səfirliyin yardım paketləri mərkəzə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə