"Azərbaycanda xalqımız hansı təhsil mərhələlərini keçibsə..."

"Azərbaycanda xalqımız hansı təhsil mərhələlərini keçibsə..."

"Azərbaycan Prezidenti andiçmə mərasimində Azərbaycan xalqının qarşısında yeni ideyaların və yeni milli vəzifələrin olduğundan danışdı". SİA xəbər verir ki, bu sözləri deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, bu yeni milli vəzifələr əslində həm də Qərbi Azərbaycan tarixi coğrafiyamızı əhatə edən dəyərlərlə bağlıdır: "Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində İrəvan Azərbaycanlı pedaqoji məktəbinin 100 illiyi ilə bağlı yubileyin keçirilməsi də Azərbaycan Prezidentinin bu fikirlərinə bir növ cavabdır.

Azərbaycan-İrəvan təhsil mühiti Azərbaycanın ümumi təhsil mühitinin tərkib hissəsi olmaqla Azərbaycanda xalqımız hansı təhsil mərhələlərini keçibsə, İrəvanda da həmin tarixi mərhələlərdən keçmişik. Məktəbdən əvvəl məktəbxanalar, ondan əvvəl mədrəsələr, şifahi təhsil metodları və sair. Burada məqsəd etnomədəni və tarixi coğrafiyamızda olan təhsil mühitinin yenidən tədqiq etmək, yenidən xalqımıza tanıtmaq və yenidən bizi sevməyənlərə tanıtmaq və Qərbi Azərbaycana qayıdışla bağlı təbliğat kampaniyasının tərkib hissəsinə çevrilməsindən söhbət gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə