Azərbaycan XİN İspaniyanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İspaniyanı Milli Günü münasibəti ilə təbrik edib. SİA xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesablarında paylaşım edilib.

"İspaniya və onun xalqını Milli Gün münasibətilə ürəkdən təbrik edir və ən xoş arzuları çatdırırıq. Milli Günün mübarək, İspaniya", - paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə