VII çağırış Milli Məlcisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib

VII çağırış Milli Məlcisin yeni seçilən üzvlərinə deputat vəsiqələri təqdim edilib. SİA xəbər verir ki, vəsiqələri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov verib.

Vəsiqə ilk olaraq parlamentin sədri Sahibə Qafarovaya, ardınca sədr müavinləri və deputatlara verilib.

Qeyd edək ki, bu ilin sentyabr ayının 1-də növbədənkənar parlament seçkiləri keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə