TDT müşahidə missiyası parlament seçkilərilə əlaqədar mətbuat konfransı keçirir - FOTOLAR

TDT müşahidə missiyası parlament seçkilərilə əlaqədar mətbuat konfransı keçirir - FOTOLAR

2 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müşahidə missiyası sentyabrın 1-də Milli Məclisə növbədənkənar parlament seçkilərilə əlaqədar mətbuat konfransı keçirir. SİA xəbər verir ki, avqustun 30-da nümayəndələr MSK-da olub.

Missiya 36 seçki məntəqəsini ziyarət edib. İnsanların azad irad ifadələri ilə seçkidə iştirakı üçün bütün şərait yaradıldığını qeyd edən birlik nümayəndələri Seçki Məcəlləsinə uyğun olaraq yerli və beynəlxalq müşahidəçilər üçün lazımi şərait yaradıldığını da bildiriblər. Bu da seçkilərin şəffaflığını və legitimliyini sübut edir.

Missiya həmçinin Nərimanov rayonu 21 nömrəli də seçki məntəqəsində olub. Missiya seçkilərin nəticələrinə təsir edə biləcək ciddi problemlə, seçki məntəqələri yaxınlığında heç bir kompaniya xarakterli hadisə ilə də qarşılaşmayıb.

Seçki məntəqələrinin əksəriyyətində əlilliyi olan şəxslər üçün də şərait yaradılıb. Yekunda TDT seçkilərin açıq və şəffaf, beynəlxalq səviyyədə keçirildiyini xəbər verib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə