Seçkilərin Qarabağı da əhatə etməsini yüksək qiymətləndiririk - TÜRKPA nümayəndə heyətinin rəhbəri

Seçkilərin Qarabağı da əhatə etməsini yüksək qiymətləndiririk - TÜRKPA nümayəndə heyətinin rəhbəri

Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərinin ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də keçirilməsini yüksək qiymətləndiririk. SİA “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, bunu Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan TÜRKPA nümayəndə heyətinin rəhbəri Ahmet Zenbilçi deyib.

O, Azərbaycanın bütün dünyaya demokratiya nümayiş etdirdiyini diqqətə çatdıraraq seçkilərin ən yaxşı şəkildə keçiriləcəyindən əminliyini ifadə edib. Qonaq Milli Məclisə seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu deyərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan TÜRKPA-nın nümayəndə heyətinin rəhbəri Ahmet Zenbilçinin başçılıq etdiyi heyətlə görüşüb. Görüşdə MSK sədri M.Pənahov Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə