Sentyabrın 1-də keçiriləcək seçkilər əlamətdar tarixi hadisədir - Professor
“Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilər əlamətdar tarixi hadisədir. Əzəli torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzurun 30 illik işğalına son qoyaraq, ölkəmizin coğrafi bütövlüyünə nail olmuşuq. Bu da parlament seçkilərinin ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcəyi deməkdir”. SİA xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Milli Konservatoriyasının Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Akif Quliyev deyib.
Onun sözlərinə görə, parlament seçkiləri ölkənin imici üçün vacib olan mədəniyyət sahəsinə ciddi təsir göstərəcək: “Cəmiyyətin həyatının yaxşılaşdırılmasına yönəlmiş belə çoxşaxəli hərəkat qeyd-şərtsiz milli-mənəvi dəyərlərin qorunub saxlanmasına və daha da inkişafına mühüm təsir göstərəcək”.
“Seçilmiş deputatların sənətin inkişafı üçün yeni imkanlar yaratması çox vacibdir. Yalnız belə bir şəraitdə milli musiqi mədəniyyətimiz yeni zirvələrə yüksələcək, dünyada daha geniş tanınacaq. Belə bir tarixi hadisənin şahidi olmaq Azərbaycan musiqisinin gələcəyinə daha çox inanmaq deməkdir. Bu da yaradıcılığımızı davam etdirmək üçün bizə əlavə ilham verir”, - deyə Akif Quliyev fikrini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB