Seçkilərin şəffaf və demokratik keçəcəyinə inanırıq - Niderlandda fəaliyyət göstərən diaspor təşkilatının rəhbəri
“Sentyabrın 1-ə təyin edilmiş Milli Məclisə seçkilərin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, ilk dəfə olaraq parlament seçkiləri bütün Azərbaycan ərazilərini əhatə edir. Mənim uşaqlığımın keçdiyi dogma Ağdam rayonunda da seçkilər keçiriləcək. Bu, mənim üçün daha fərqli hisslərdir”. SİA xəbər verir ki, bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib.
İlk parlament seçkisidir ki, artıq Xankəndi, Şuşa, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Kəlbəcər və digər ərazilərimizdə də seçki məntəqələri yaradılıb. Əvvəllər də səsvermədə iştirak edirdik. Lakin dogma bölgələrimizdən kənarda, məcburi köçkün olaraq məskunlaşdığımız ərazilərimizdə səs verilirdi. Lakin indi doğulduğumuz, böyüdüyümüz torpaqlarımızda da seçkilər baş tutacaq”. –deyə, M. Ağamirzəyevə əlavə edib.
Diaspor təşkilatının rəhbərinin sözlərinə görə, bu seçkilər əvvəlki seçkilərdən həm sabit və rəqabətli mühitinə, həm də namizədlərin daha yeni similar olmasına görə fərqlənir: “Seçkilərin şəffaf və demokratik ab-havada keçəcəyinə inanırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB