“Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının təqdimatı keçiriləcək FOTO

Son 4 ildə aparılmış araşdırmaların nəticəsi olaraq “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın I hissəsi çap olunub. Xatırladırıq ki, kitab 1937-ci ildə və sonrakı dönəmlərdə repressiyalara məruz qalan, təqib edilən şəxslərin həyatından bəhs edir. Hər sənədi vərəqlədikcə incidilmiş Azərbaycanın böyük şəxsiyyətlərinin narahat ruhlarının harayını eşidirdik. Tariximizə ehtiram əlaməti olaraq ərsəyə gələn bu kitabın müəllifi Əkrəm Bəydəmirlidir.

Kitab Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin “Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” layihəsi çərçivəsində işıq üzü görüb. “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” kitabının təqdimatı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında avqustun 27-də saat 15-00-da keçiriləcək. (Ünvan: Bakı, Nərimanov ray. Kaveroçkin küçəsi 34, Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi. Respublika Hərbi Prokurorluğunun yanı).

Bütün xəbərlər Facebook səhifəmizdə