Azərbaycana məxsus amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizəyə başlayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.
Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB