Yaşı 80-100 arasında olan seçicilərin sayı 682 nəfərdir - 68 saylı Sabirabad-Şirvan DSK-nın sədri
68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi üzrə 53 min 055 seçici 59 seçki məntəqəsində səs verəcək. Həmin seçicilərin 49 min 186 nəfəri Sabirabad, 3 min 869 nəfəri isə Şirvan inzibati ərazi vahidi üzrə qeydiyyatdadır. Sabirabad rayonu üzrə qeydiyyatda olan seçicilərimiz 55, Şirvan şəhəri üzrə qeydiyyatda olan seçicilərimiz isə 4 seçki məntəqəsində öz səsini verə biləcək. SİA xəbər verir ki, bunu “Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 68 saylı Sabirabad-Şirvan Dairə Seçki Komissiyasinin (DSK) sədri İlkin İmanov deyib. O bildirib ki, seçki dairəsi üzrə ilk dəfə səs verəcək gənclərin sayı 34 nəfərdir. Yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 4 nəfər təşkil edir: “Ümumilikdə, 80-100 yaş arasında olan seçicilərin sayı 682 nəfərdir. Məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib. Seçki dairəsi üzrə indiyə qədər 961 müşahidəçi qeydiyyatdan keçib. Dairədən 10 nəfər imza vərəqələri götürüb, qeydiyyata alınan namizədlərin sayı 7 nəfərdir”.
DSK sədri bildirib ki, seçki məntəqələrində bütün maarifləndirici plakatlar yerləşdirilib. Məntəqələr hər cür maddi-texniki təchizatla təmin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB