Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. Bu ölkəmizin qlobal miqyasda güclü diplomatiyasının əlaməti və etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Noyabr ayında on minlərlə insan iqlim dəyişikliyi nöqteyi-nəzərindən planetimizin gələcəyini müzakirə etmək üçün Bakıya toplaşacaq. Bu yüksək nailiyyət beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan dəstəyin göstəricisidir.

Azərbaycanda COP29-a hazırlıq prosesi necə gedir sualına ekspert Seymur Verdiyev cavab olaraq SİA-ya açıqlamasında bildirib ki, bu dünyada ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi müsbət haldır: “Düşünürəm ki, bunu təkcə öz platformasında dəyərləndirmək doğru olmazdi. COP29 vasitəsilə indiki həssas dönəmdə Azərbaycan həm də haqlı mövqeyini dünyanın diqqətinə catdıra biləcək. Artıq bir necə aydır ki ölkəmizdə COP29-a ciddi hazırlıq gedir. Dünyanın bir sıra aparıcı ölkələrinin prezidentləri, baş nazirləri, digər nüfuzlu şəxsləri bu tədbirə dəvət olunublar. COP29-la bağlı ölkəmizdə aparılan hazırlıq işlərini müsbət qiymətləndirmək olar”.
Ekspertin sözlərinə görə, tədbirin maştabı kifayət qədər böyükdür və belə tədbirlərə hansısa ölkənin ev sahibliyi etməsi həm məsuliyyət, həm də cəsarət tələb edir: “Düşünürəm ki, Azərbaycan COP29-u çox yüksək səviyyədə həyata keçirəcək və qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gələ biləcək”.
S.Verdiyev onu da deyib ki, COP29-un uğurla keçirilməsi təkcə ayrı-ayrı dövlət qurumlarından, ölkə rəhbərliyindən asılı deyil. Bütün ictimai instiutlar, mətbuat, qeyri hökümət təşkilatları, bütövlükdə cəmiyyət bu prosesə öz töhvəsini verməlidir.
Gülnarə Nəriman
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB